Lapşin İsrail səfirliyinin əməkdaşları ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Lapşin İsrail səfirliyinin əməkdaşları ilə görüşdü

Görüş səfirliyin Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutmuşdur.

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin 10 fevral 2017-ci il tarixdə vətəndaşlığını daşıdığı İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüşmüşdür.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm