Bu ölkələrin nazirləri Azərbaycana gəlir
Bizi izləyin

Nida Xəbər

Bu ölkələrin nazirləri Azərbaycana gəlir

M.Canelidzenin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Gürcüstanın və Latviyanın xarici işlər nazirləri Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fevralın 12-13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində M.Canelidzenin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs isə fevralın 12-14-də Azərbaycanda olacaq.

Edqars Rinkeviçsin 13 fevralda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm