Azay Quliyev Gürcüstanın ədliyyə naziri və Fransanın Dövlət Naziri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Azay Quliyev Gürcüstanın ədliyyə naziri və Fransanın Dövlət Naziri ilə görüşdü

Azay Quliyev Gürcüstanın ədliyyə naziri və Fransanın Dövlət Naziri ilə görüşdü.

Fevralın 10-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-VensenPlasen və Gürcüstanın ədliyyə naziri xanım TeaTsulukiani ilə görüşüblər.

Publika.az xəbər verir ki, qonaqları salamlayan Azay Quliyev ölkəmizin həm Fransa, həm də qonşu Gürcüstanla mövcud olan dostluq münasibətlərindəndanışdı, parlamentlərarasıəlaqələrimizin yüksək səviyyədə olmasını diqqətə çatdııb.

Xəbərdə daha sonra qeyd edilir:

- Bildirdi ki, ölkələrimiz bir çox sahələrdə, o cümlədən əsası 2011-ci ildə qoyulmuş Açıq Hökumət Tərəfdaşlığı Platformasında əməkdaşlıqda maraqlıdırlar.

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub və təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir.Açıq Hökümət Tərəfdaşlığının ən önəmli prinsiplərindən biri isə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə ölkəmizdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı” və 2016-cı ildə “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub.

Söhbət zamanı qonaqlara Azərbaycanda hökumətin AHT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verildi, qarşıda dayanan vəzifələrdən danışılıb.

Görüşdə Gürcüstanın ədliyyə naziri xanım TeaTsulukiani və Fransanın Dövlət katibi Jan-VensenPlasenAçıq Hökumət Tərəfdaşlığı Platformasında Azərbaycan tərəfindən koordinasiyanın gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırdılar. Bildirildi ki, bu platformada əməkdaşlıq AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasına və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən mexanizmlərin qurulmasına töhfə verəcəkdir.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm