Nida Xəbər
PA: ABŞ-la əlaqələrimizin möhkəmlənməsinə maneə yoxdur
“Azərbaycan ABŞ-la həmişə yaxşı münasibətlər qurmağa çalışıb, əməkdaşlıq edib”.
Bunu Prezident Administrasiyasının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-da yeni administrasiya ilə bağlı münasibətləri şərh edərkən deyib.
O bildirib ki, bu proseslərdə Azərbaycanın dövlətçilik maraqlarının qorunması Azərbaycan prezidentinin əsas vəzifəsi olub: "Bunu da həmişə əsas proses kimi aparırıq. Bu nöqteyi-nəzərdən müəyyən məsələ ilə bağlı narazılıq olanda açıq demişik, mövqeyimizi bildirmişik. ABŞ-la Azərbaycan arasında münasibətlər bu günə kimi çox yaxşı olub. Ötən il Azərbaycan prezidentinin ABŞ-a uğurlu səfəri oldu. Gözəl görüşlər keçirildi, əlaqələrimizin əhəmiyyəti bir daha qeyd olundu və davam etdirilməsi niyyəti bildirildi”.
Azərbaycan-ABŞ əlaqələrində elə bir problem olmadığını vurğulayan N. Məmmədov “Düşünürəm ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək, genişləndiriləcək”, deyə bildirib.
O, dünyada sülhün, sabitliyin davam etdirilməsinin vacib olduğunu açıqlayıb: “Azərbaycan elə regionda yerləşir ki, kiçik dövlət olsa da, onun mühüm dövlət olması faktdır. Bu illər ərzində böyük beynəlxalq layihələrinin həyata keçirilməsində təşəbbüskar aparıcı rol oynamışıq. Bu baxımdan enerji və nəqliyyat layihələrini qeyd etmək lazımdır. Azərbaycanla əməkdaşlıq etmək hər bir böyük dövlətin marağı çərçivəsindədir. Mən bu məsələsə optimistəm. ABŞ-ın yenin prezidenti Donald Tramp müəyyən mənada prezidentlik konsepsiyasını açıqlayıb, əvvəl daxili proseslərə diqqət yetirəcəyini deyib və ardınca bəzi xarici siyasət məsələlərini ortaya qoyub. Düşünürəm ki, iki ölkə arasında münasibətlərin genişlənməsinə, möhkəmlənməsinə maneə yoxdur”. (apa)
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı