Deputat: "Bu, Fransanın həmsədr kimi obyektivliyini şübhə altına qoyur"
Bizi izləyin

Nida Xəbər

Deputat: "Bu, Fransanın həmsədr kimi obyektivliyini şübhə altına qoyur"

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa prezidenti bu cür qeyri-obyektiv mövqe ortalığa qoyur.

Fransa Prezidenti Fransua Ollandın erməni icması ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikir erməni lobbisinin təsiri altında sərgilənən mövqedir.

Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, beynəlxalq hüquq prinsiplərinin əsas məramı dövlətin ərazi bütövlüyünün pozulmamasıdır: “Bu birmənalıdır. Ollandın səsləndirdiyi fikir isə erməni lobbisinin təsiri altında deyilib və onların dəstəyini qazanmaq məsqədi daşıyır. Təəssüf edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa prezidenti bu cür qeyri-obyektiv mövqe ortalığa qoyur”.

Deputat vurğulayıb ki, bu eyni zamanda Fransanın Minsk qrupunun həmsədri kimi obyektivliyini şübhə altına qoyur.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland erməni diasporunun üzvləri ilə görüşdə bildirib ki, "Madrid prinsipləri" tətbiqi olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm