• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

AKP rəsmisindən Ollanda TƏRS ŞİLLƏ – ÖZƏL

AKP rəsmisindən Ollanda TƏRS ŞİLLƏ – ÖZƏL

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri, keçmiş deputat Mustafa Kabaqçı Fransa prezidenti Fransua Ollandın erməni həmkarı Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi üçün martın 8-də Parisə dəvət etməsinə və Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

AKP rəsmisi M.Kabaqçı Publika.az-a eksklüziv açıqlamasında deyib ki, Fransua Ollandın Qarabağla bağlı fikirləri quldur məntiqinə söykənir:

“Ermənilər gəlib Qarabağda azərbaycanlı qardaş-bacılarıma qarşı qətliamlar törədəcək, Azərbaycan torpaqlarını işğal edəcək, azərbaycanlıları əsir və girov götürəcək, qaçqın və məcburi köçkün vəziyyətinə salacaq, sonra da deyəcək ki, gəlin burada səsvermə keçirək, səs çoxluğu ilə Dağlıq Qarabağın müqəddəratını həll edək və sairə. Bu, tamamilə quldur məntiqidir. Atalarımızın da gözəl misalı var - "Quldurdan hökmdar olmaz!”

Keçmiş deputat qeyd edib ki, işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlar qədim tarixdən bəri türk millətinə, Azərbaycana məxsus olub:

“İndi erməni quldurlarının müvəqqəti olaraq orada hakim olması tarixi dəyişdirə bilməz. Çünki bizim ata və babalarımızın məzarları, kəndləri, məscidləri, evləri orada yerləşir. Ona görə də prezident Fransua Olland tərəfindən bu cür sərsəm fikirlərin səsləndirilməsi çox eyibdir və Fransa xalqına yaraşmır. Hətta, Qarabağda azərbaycanlıların ermənilər tərəfindən Xocalı və digər qətliamları yaşadığı dövrdə belə bir fikirlərin səsləndirilməsi insanlığa həqarətdir. Hazırda bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün Qarabağda öz ev-eşiklərinə geri qayıtmağı gözləyir. Bu qədər insanın hüquqları kobud şəkildə tapdalanan halda Fransua Ollandın sərsəm fikirlər söyləməsi Fransa tarixinə ləkədir”.

M.Kabaqçı həmçinin bildirib ki, türklər eyni coğrafiyada illərlə ermənilərlə bərabər şəkildə yaşayıblar:

“Əsrlər boyu türklər güclü tarixi dövlətlərin sahibi olublar. Gücün türklərdə olduğu və türklərin dünyaya hakim olduğu dövrlərdə ermənilər çox rahat və əmin-amanlıq şəraitində yaşayıblar. Ancaq sonralar xristian dövlətləri türkləri məğlub etmək və problemlərə salmaq üçün ermənilərdən istifadə etməyə başlayıb. Həmin xristian dövlətləri ermənilərdən istifadə edərək türk dövlətləri daxilində problemlər yaradıblar. Bununla həm türk millətini narahat ediblər, həm də ermənilərin başına bəlalar gətiriblər. Bütün bunlara tarix şahidlik edib. Misal üçün deyim ki, Osmanlı İmperiyasında ermənilərə nazir vəzifələri belə həvalə olunub və ermənilər də əsrlər boyu Osmanlı İmperiyası tərkibində əmin-amanlıq şəraitində yaşayıblar. Ancaq xristian və fars dövlətləri Osmanlı İmperiyasını məğlub etmək və sarsıtmaq üçün ermənilərdən istifadə edib. Təbii ki, türk dövlətləri müdafiə olunmaq üçün adekvat addımlar atıblar”.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR