Azərbaycanla Latviya arasında vizasız gediş-gəlişlə bağlı saziş imzalandı – YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Azərbaycanla Latviya arasında vizasız gediş-gəlişlə bağlı saziş imzalandı – YENİLƏNDİ

Ölkəmizdə səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında təkbətək görüş keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə ikitərəfli və beynəlxalq sahələrdə əməkdaşlıq, enerji, nəqliyyat, Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” layihələri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanda səfərdə olduğundan məmnunluğunu ifadə edən latviyalı nazir qeyd edib ki, ölkəsi Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir.

E.Rinkeviçs deyib ki, prezidentlərin, parlamentarilərin və müxtəlif nazirliklərin rəhbərlərinin müntəzəm əlaqə yaratması iki ölkə arasındakı dialoqun intensivliyini göstərir:

“Hesab edirəm ki, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük potensial var. Xüsusilə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı daha da genişləndirmək olar”.

O, 2016-cı ilin iyununda keçirilən Azərbaycan və Latviya arasında iqtisadiyyat, sənaye və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın son iclasının uğurlu olduğunu bildirib.

Görüşdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 dövlətlə strateji əməkdaşlıq münasibətləri qurub:

“Biz bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıyıq”.

Görüşün sonunda Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalanıb.

Qeyd edək ki, görüşdən sonra Azərbaycan və Latviya xarici işlər nazirlərinin birgə mətbuat konfransı başlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm