• USD 1,7000 0,00% EUR 1,9008 +0,29%
    • GBP 2,1523 +0,13% RUB 0,0262 -0,76%

Latviya prezidenti Azərbaycana gəlir

Latviya prezidenti Azərbaycana gəlir

Martın əvvəlində Latviya prezidenti Raymonds Veyonis Azərbaycana səfərə gələcək.

Publika.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

Latviyalı nazir deyib ki, səfər martın ilk ongünlüyündə baş tutacaq:

“Səfər zamanı prezident Raymonds Veyonis martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Forumda da iştirak edəcək”.

E.Rinkeviçs həmçinin qeyd edib ki, Azərbaycanın Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik edəcəyi nümayəndə heyəti də Latviyaya səfərə gedəcək:

“Bu cür qarşılıqlı səfərlər gələcəkdə də uğurla davam etdiriləcək. Bu gün Bakıda Elmar Məmmədyarovla birgə Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında saziş imzaladıq. Biz Azərbaycanla təhsil sahəsində də saziş imzalanmasını istəyirik. Çünki hazırda 100-dən çox azərbaycanlı tələbə Latviyada təhsil alır. Biz Azərbaycanla turizm sahəsində də əməkdaşlığın genişləndirilməsini istəyirik”.

Latviyalı nazir vurğulayıb ki, “ZUBR” nəqliyyat layihəsi çərçivəsində Avropa İttifaqı ölkələrindən Ukrayna və Azərbaycandan keçməklə Çinə qədər qatar reysi ola bilər.

Onun sözlərinə görə, “ZUBR” layihəsi Orta Asiya ölkələri, İran və Azərbaycan vasitəsilə “İpək yolu” layihəsinə qoşula bilər.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR