Səməd Seyidov: “Məqsədləri Azərbaycan-Avropa Birliyi əlaqələrinə mane olmaq idi”
Bizi izləyin

Nida Xəbər

Səməd Seyidov: “Məqsədləri Azərbaycan-Avropa Birliyi əlaqələrinə mane olmaq idi”

"Bu təşəbbüs Avropa Parlamentinin tarixində utancverici hal kimi qalacaq”.

Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov parlamentdə çıxışı zamanı iki vacib məsələ ilə bağlı çıxış edib.

Publika.az xəbər verir ki, komitə sədri fevralın 6-da prezident İlham Əliyevin Brüsselə səfər etməsi və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşlər haqda danışıb:

“Fevralın 6-da prezident İlham Əliyev Brüsselə səfər edib. Səfərin əsas məqsədi Avropa İttifaqı rəhbərləri ilə görüşlər keçirib strateji əməkdaşlıq haqda yeni sazişlə bağlı müzakirələr aparmaq idi. Tarixdə ilk dəfə olaraq “Şərq Tərəfdaşlığı Proqramı”ndan ayrı hansısa dövlət Avropa İttifaqı ilə saziş imzalamaq iradəsini ortaya qoyub. Və bu təşəbbüs Avropa İttifaqı tərəfindən dəstəklənib. İttifaq rəhbərliyi Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qalxmasını dəstəkləyib. Təbii ki, Azərbaycan prezidentinin bu təşəbbüsünü dəstəkləməklə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstəklərini ortaya qoyublar. Həmçinin Azərbaycanın enerji layihələri də müzakirə mövzusu olub”.

Səməd Seyidov əlavə edib ki, Azərbaycan rəhbərliyinin Avropa İttifaqı ilə danışıqlar aparması bəzi ünsürləri narahat edib:

“Fevralın 6-da prezidentin səfəri ərəfəsində Avropa Parlamentinin cəmi 2-3 deputatının təşəbbüsü ilə Azərbaycanla bağlı müzakirələr keçirməyə cəhd etdilər. Burada məqsəd nə idi? Birincisi, prezident İlham Əliyevi əngəlləmək və Azərbaycan-Avropa Birliyi münasibətlərinə mane olmaq. İkincisi, yeni seçilən Avropa Parlamentinin deputatlarının Azərbaycana qarşı fikirlər söyləməsinə nail olmaq. Qeyd edim ki, onlar nə birinci, nə də ikinci məqsədlərinə nail ola bildilər. Bu təşəbbüs Avropa Parlamentinin tarixində utancverici hal kimi qalacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm