Ziyafət Əsgərovdan Fazil Mustafaya irad: “Başınız bədii ədəbiyyata qarışıb...”
Bizi izləyin

Nida Xəbər

Ziyafət Əsgərovdan Fazil Mustafaya irad: “Başınız bədii ədəbiyyata qarışıb...”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, iclasda deputat Fazil Mustafa qanun layihəsində “faktiki işğal olunduqda” ifadəsinə etirazını bildirib:

“Məgər virtual işğal da olur? İşğal işğaldır da!”.

Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə Fazil Mustafanın iradlarına cavab verib:

“Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada belə qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda!" Ardı da var. Fazil bəy, başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm