• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Ziyafət Əsgərov Xanhüseyn Kazımlının təklifinə etiraz etdi

Ziyafət Əsgərov Xanhüseyn Kazımlının təklifinə etiraz etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Xanhüseyn Kazımlının “Hərbi vəziyyət haqqında” qanun layihəsi ilə bağlı təklifini qəbul etməyib.

Publika.az xəbər verir ki, X.Kazımlının “qanunun dili yumşaq olmalıdır” fikrinə Z.Əsgərov etiraz edərək bildirib ki, qanun layihəsinin dilini yumuşaltmaq olmaz:

“Qanun layihəsinin dili bərk olmalıdır. Bu, belə də olmalıdır”.

Deputat Azay Quliyev də “Hərbi vəziyyət haqqında” qanun layihəsi ilə bağlı təklif edib:

“Bu qanun layihəsinin maddəsində göstərilib ki, hərbi vəziyyət Konstitusiyaya uğun olaraq Azərbaycan ərazisində, ayrı-ayrı yerlərində tətbiq edilir. Bu qanun layihəsinə “hərbi” sözündən sonra “informasiya-yayım normaları” ifadəsini də əlavə etməliyik. Çünki digər maddələrdə informasiyalarla bağlı xüsusi maddələr var. Növbəti təklifim maddə 10.1.20 ilə bağlıdır. Burada qeyd olunur ki, şəxslərin xüsusi icazə vərəqələrini ya da şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin yoxlanılması məqsədi ilə onların şəxsi əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirilə bilər, onları saxlamaq olar. Söhbət bundan gedir ki, həmin şəxslər kimlərdir? Biz bura şübhəli şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılmasını əlavə edə bilərik”.

Azay Quliyev bildirib ki, qanun layihəsində QHT-lərin, ictimai birliklərin, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların olması əsaslıdır.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR