“Prezidentin fərmanların imzalandığı andan qüvvəyə minməsi üçün əlavə səlahiyyəti olmalıdır”
Bizi izləyin

Nida Xəbər

“Prezidentin fərmanların imzalandığı andan qüvvəyə minməsi üçün əlavə səlahiyyəti olmalıdır”

“Azərbaycanın şimal və cənub sərhədlərindən paytaxt Bakıya texnika ilə 2-3 saata gəlmək mükündür. Belə olduğu halda Konstitusiyanın 121-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasına real hücum təhlükə yarandıqda biz hərbi vəziyyət elan edə bilərik. Əgər hər hansı real hücum baş verərsə, Prezident mütləq addım atmalıdır, silahlı qüvvələrdən istifadə etməlidir, ölkənin müdafiəsini təşkil etməlidir, Azərbaycan xalqını qorumalıdır. Bütün bunlar isə indiki halda müvafiq fərman imzalamaqla operativ şəkildə mümkün deyil”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, hazırda qanunlar Prezident fərmanının dərhal Milli Məclis tərəfindən qəbul edilməsinə imkan vermir:

“İndi Prezidentin imzaladığı fərman Milli Məclisə göndərilir və ən tez 48 saat ərzində də ona parlament tərəfindən baxılır. Hesab edirəm ki, bu doğru deyil. Bizim ölkənin ərazisi kiçikdir. Ona görə də Ali Baş Komandan-Prezidentin elə bir səlahiyyəti olmalıdır ki, onun imzaladığı fərmanlar imzalandığı andan qüvvəyə minsin. Mən ötən dəfə də söyləmişəm ki, Prezidentin Ali Baş Komandan kimi bütün silahlı birləşmələrdən istifadə etmək imkanı olmalıdır. Ötən ilin 15 iyulunda qardaş Türkiyədə baş vermiş hərbi çevrilişi misal çəkmək olar ki, oxşar təhlükələrin hər zaman ola biləcəyini nəzərə alaq. Həmin vaxt Türkiyə parlamentinin binası bombalandığı üçün Türkiyə Böyük Millət Məclisinin qiyamçılara qarşı toplanmağa və qərar qəbul etməyə imkanı olmadı. Bu cür hallar olduğu halda, hesab edirəm ki, Azərbaycan Prezidentinə Ali Baş Komandan kimi əlavə səlahiyyətlər verilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm