Nida Xəbər
Monteneqro Prezidenti Azərbaycana gələcək
Monteneqro Prezidenti Azərbaycana gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.
Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 16-17-də keçiriləcək.
V Qlobal Bakı Forumunda Makedoniya Prezidenti George İvanov, Latviya Prezidenti Raymond Veyonis, Albaniya Prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Monteneqro Prezidenti F.Vuyanoviç ötən il keçirilən IV Qlobal Bakı Forumunda da iştirak edib.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO