Nida Xəbər
Ermənilər referenduma qarşı: çaxnaşma olacaq və Azərbaycan Qarabağı azad edəcək
Fevralın 20-də Ermənistanın işğal olunmuş Azərbaycan
torpaqlarında yaratdığı qondarma “DQR”-də “konstitusiya
islahatları” ilə bağlı referendum keçiriləcək.
Publika.az xəbər verir ki, Ermənistanın özünün belə
tanımadığı qondarma “DQR”-də referendum keçirilməsi “prezident
institutunun güclənməsi”nə hesablanıb.
Erməni politoloqları “DQR”-də keçiriləcək referendumu müharibə
hazırlığı ilə əlaqələndirirlər.
Aleksandar İskandaryan deyir ki, Qarabağda yeni müharibə
gözləniləndir: “Buna görə də təhlükəsizliyin gücləndirilməsi və
cəmiyyətin birləşməsi lazımdır. Aprel müharibəsi böyük dərs
oldu”.
Stepan Safaryan da referendumda hakimiyyətin (rejimin – red.)
güclənməsi və müharibə şəraitində daha çevik hərəkət edə bilməsi
məsələsinin həll ediləcəyini deyib.
Lakin ermənilərin özləri də anlayırlar ki, referendumun heç bir
hüquqi əsası olmayacaq. Çünki bu ərazilər beynəlxalq hüquq
tərəfindən Azərbaycan əraziləri olaraq tanınıb və orada keçirilən
hər hansı seçki, yaxud referendum hüquqi əsas daşımır.
Qarabağdakı ermənilər referenduma şübhəli yanaşırlar və əsasən
İrəvan hakimiyyətini tənqid edirlər.
Erməni millətçiliyini dəstəkləyən “daşnaksütyun” partiyasının
nümayəndəsi Kiro Manoyan isə hesab edir ki, keçiriləcək referendum
“DQR” rejiminin güclənməsinə hesablanıb: “Bu hakimiyyətin bir əldə
cəmlənməsi və istədiyini etməyə hesablanmış addımdır”.
O hesab edir ki, “DQR”-də “siyasi idarəçilik” dəyişikliyi
münaqişənin həllini çətinləşdirəcək: “Bu daxili çaxnaşmalara da
səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə
(Azərbaycan tərəfindən azad olunmasını nəzərdə tutur – red.)
gətirib çıxara bilər”.
O, münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağın
vacibliyini bildirib.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?