Deputat: “Bəzi məmurlar cənab Prezidentin bu fərmanından ibrət dərsi götürməlidir”
Bizi izləyin

Nida Xəbər

Deputat: “Bəzi məmurlar cənab Prezidentin bu fərmanından ibrət dərsi götürməlidir”

Son fərman da bəzi məmurlara mesajdır.

“Cənab Prezidentin imzaladığı bu fərman məcburi köçkünlərə böyük kömək olacaq. Bununla da onların üzləşdiyi problem həllini tapacaq. Məcburi köçkünlərdən eləsi var ki, artıq evlə də təmin olunublar. Yataqxanalarda qalan məcburi köçkünlər üçün isə cənab Prezident tərəfindən humanist addım atıldı”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı fərmanla bağlı deyib.

R.Quliyev bildirib ki, sözügedən fərmanın imzalanması çox humanist addımdır.

Deputat qeyd edib ki, ümumiyyətlə Prezident İlham Əliyev Azərbaycan xalqı tərəfindən humanist dövlət başçısı kimi tanınır: “Əslində, cənab Prezident bu fərmanı ilə də demək istədi ki, məcburi köçkünlər əhalinin həssas təbəqəsidir. Ona görə də məmurlar onları daim nəzərə almalıdır. Hər kəs bu insanlara güzəşt etməli, dəstək verməlidir. Məcburi köçkünlər öz ev-eşiyini, malını-mülkünü itirən insanlardır. Onlara qarşı məmurlar daha diqqətli olmalıdır. Bütün bunları cənab Prezident də daim məmurlara xatırladır. Son fərman da bəzi məmurlara mesajdır. Hesab edirəm ki, bəzi məmurlar cənab Prezidentin bu fərmanından ibrət dərsi götürməlidir”.

R.Quliyev əlavə edib ki, hər bir azərbaycanlı kimi, məcburi köçkünlər də Prezident İlham Əliyevin apardığı uğurlu və humanist siyasəti dəstəkləyir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm