Politoloq: "Bu, bölgədə müharibənin başlamasına səbəb olacaq"
Bizi izləyin

Nida Xəbər

Politoloq: "Bu, bölgədə müharibənin başlamasına səbəb olacaq"

Moskvaya indi yeni bir avantüra lazımdır.

Ermənistanın birtərəfli qaydada Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirməyə çalışması və anneksiya prosesinin sona çatıdırılmasına yönəlik addımlar atması sözsüz ki, bölgədə yeni müharibənin başlanması kimi qəbul edilə bilər.

Bunu işğal olunmuş Azərbaycan torpaqlarında Qarabağ separatçılarının “konstitusiya islahatları” ilə bağlı “referendum” keçirməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycan dərhal bu məsələ ilə əlaqədar BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etməlidir:

“Ermənistanın birtərəfli qaydada Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirməyə çalışması və anneksiya prosesinin sona çatıdırılmasına yönəlik addımlar atması sözsüz ki, bölgədə yeni müharibənin başlanması kimi qəbul edilə bilər. Guya danışıqlar prosesinin sürətləndirilməsinə cəhd edildiyi bir vaxtda indi də Dağlıq Qarabağda referendumun keçirilməsi avantürası ortaya atılıb. Zənnimcə, bu, Rusiyanın planıdır. Rusiya həmişə ölkədə vəziyyət gərgin olanda və Putinin reytinqi aşağı düşəndə xaricdə bir düşmən obrazı yaradır və bunun ətrafında da rus xalqının əhval-ruhiyyəsini tənzimləməyə çalışır. Üstəlik, bu ilin sonlarına doğru Rusiyada prezident seçkiləri hazırlıq kampaniyası olacaq. Ona görə də Putin indidən reytinqinin qayğısına qalmağa başlayıb. ABŞ dünən açıq şəkildə bəyan etdi ki, Moskva Krımı Ukraynaya qaytarmayınca və Donetskdə əldə edilmiş Minsk sazişinin müddəalarını yerinə yetirməyincə, sanksiyalar dayandırılmayacaq. Trampla bağlı bütün ümidləri boşa çıxan Moskva hazırda xeyli çaşqındır”.

Politoloq qeyd edib ki, Amerikanın başının qarışıq olması, əsas diqqətin Şimali Koreya və Çinə yönəlməsi Rusiyanın əl-qolunu açıb:

“Moskvaya indi yeni bir avantüra lazımdır. Rusiya bunu Cənubi Qafqazda həyata keçirməyə çalışır”.

Nalbəndyanın Moskva səfərinə gəlincə, politoloq hesab edir ki, erməni nazir məhz bu məsələni dəqiqləşdirmək üçün Rusiyaya gedib:

“Çox yaxşı bilirlər ki, Azərbaycan belə bir “referendumla” heç cür barışmayacaq. Bu, bölgədə açıq hərbi qarşıdurmanın yaranmasına gətirib çıxaracaq. Bilərəkdən böyük müharibənin başlanmasına rəvac verirlər. Görünür, bu məsələdə İrəvan Moskvanın əlaltısı rolunda çıxış edir”.

Qeyd edək ki, Ermənistan fevralın 20-də işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumda “konstitusiya islahatları” ilə bağlı əldəqayirma və hüquqa zidd referendum keçirəcək. (axar)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm