ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisləri Bakıda görüşəcək
Bizi izləyin

Nida Xəbər

ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisləri Bakıda görüşəcək

Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında görüş keçiriləcək.

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford fevralın 16-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə RİA "Novosti" ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Onlar müxtəlif məsələlərə, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi və s. toxunacaqlar", - məlumatda bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm