• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Ziyafət Əsgərov: “ABŞ və Rusiya generallarının görüşü Azərbaycana dvidentlər gətirəcək”

Ziyafət Əsgərov: “ABŞ və Rusiya generallarının görüşü Azərbaycana dvidentlər gətirəcək”

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeriy Gerasimovun danışıqlar aparmaq üçün Bakıda görüşməsi Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış uğurlu siyasətin nəticəsidir”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov deyib ki, hazırda Azərbaycanın Rusiya və ABŞ-la yaxşı münasibətləri var:

“Bu münasibətlər konteksindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir. Eyni zamanda Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura “Bakı-Tbilisi-Qars” dəmir yolunun, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa Azərbaycan Cənubi Qafqazın ən güclü, stabil və sabit dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər”.

Birinci vitse-spiker qeyd edib ki, ABŞ və Rusiyanın yüksək rütbəli generallarının Bakıda görüş keçirməsi Azərbaycana böyük siyasi dvidentlər gətirəcək:

“Bu Azərbaycanın nüfuzu ilə bağlı olan məsələdir. Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”.

Z.Əsgərov əlavə edib ki, qərargah rəislərinin Bakı görüşündə Cənubi Qafqazdakı problemlər də müzakirə olunub.

Vasif Həsənli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR