BMT-yə ŞOK MÜRACİƏT: “Güney Azərbaycanın müstəqil dövlət qurmasına dəstək verin”
Bizi izləyin

Nida Xəbər

BMT-yə ŞOK MÜRACİƏT: “Güney Azərbaycanın müstəqil dövlət qurmasına dəstək verin”

BMT-ni Güney Azərbaycanı müstəqil ölkə kimi tanımağa çağırıb.

Bəhreynli millət vəkili Camal Əbu Həsən yaydığı bəyanatla İranın Güney Azərbaycanı işğal etdiyini bildirərək, BMT-ni bu məsələyə münasibət bildirməyə çağırıb.

Ərəb mediası xəbər verir ki, Bəhreyn Millət Məclisinin Xarici əlaqələr və müdafiə komissiyasının üzvü, millət vəkili Camal Əbu Həsən Güney Azərbaycanın İran tərəfindən işğal edildiyini bildirərək, BMT-ni Güney Azərbaycanı müstəqil ölkə kimi tanımağa çağırıb.

“Güney Azərbaycanın İran işğalından xilas olması və müstəqil dövlət qurma mücadiləsini dəstəkləyirik. BMT-ni Güney Azərbaycan millətinin haqlı savaşına dəstək olmağa çağırırıq”, - deyə Camal Əbu Həsən bildirib. (avropa.info)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm