Nida Xəbər
Erməni zabiti: “Şuşa həbsxanası erməni əsgərlərlə doludur”

Bir müddət əvvəl həbs edilən erməni ordusunun zabiti Ermənistanın müdafiə nazirinə günahsız olduğu ilə bağlı açıq məktubla müraciət edib.
Leytenant Aram Ağayan məktubunda bildirib ki, 2015-ci ilin sentyabrın 8-i saat 02:50 radələrində qarovul xidmətinə cəlb edilmiş hərbi qulluqçu Rudik Qriqoryan xidmət yerində olmadığına görə onun yatdığı kazarmadakı çarpayısından oyadarkən aralarında kiçik münaqişə baş verib.
O, bu hadisə ilə əlaqədar ona qurama cinayət işinin açıldığını və saxta məhkəmə qərarı ilə həbs edildiyini bəyan edib: “Şuşa həbsxanasında Ədliyyə Nazirliyinin nəzarətindən kənar qalan, daim Ermənistan vətəndaşları olan məhbus hərbi qulluqçular saxlanılır. Məhbuslar arasında Ermənistandan olan zabitlər də çoxluq təşkil edir. Müdafiə Nazirliyindən kimsə həm həbsxanada olarkən, həm də məhkəmə zamanı hərbi qulluqçu kimi taleyimlə maraqlanmayıb”.
O, eyni zamanda vurğulayıb ki, erməni ordusunda qanunsuzluq hökm sürür: "Hadisə 2015-ci il sentyabrın 8-də baş versə də, cinayət işi sentyabrın 19-da açılıb. İşi araşdıran müstəntiq cinayət baş verməmişdən əvvəl, yəni sentyabrın 2-də zərərçəkən tərəfdən izahat götürdüyünü qeyd edib".
“Toplanmış materiallardan da bi işin qurama, saxta və sifarişli olduğu məlum olur” - deyən erməni zabit məktubunda erməni ordusunun rəhbərliyinin diqqətinə çatdırıb ki, yalnız sözdə “Ordu böyük bir ailədir” şüarını vurğulamaqla olmaz, gərək əməli tədbirlər görülsün: “Hazırda orduda hökm sürən vəziyyət çox pisdir və heç bir erməni ailəsinin ordudakı ailəyə bənzəməsini istəmirəm”. (report)

-
MDB04:50
Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif
-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı