"The Hill" Ermənistanın işğalçı siyasətindən yazdı
Bizi izləyin

Nida Xəbər

"The Hill" Ermənistanın işğalçı siyasətindən yazdı

“Qafqazda sülhün vaxtı çatıb”

“Qafqazda sülhün vaxtı çatıb” başlıqlı məqalədə baş konsul hazırda davam edən gərgin münaqişə ocaqları fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına ciddi zərurət yarandığını, bu səpkidə ABŞ-ın yeni administrasiyasının bununla bağlı atacağı konstruktiv addımlara böyük gözləntilərin olduğunu qeyd edir.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan a bildiriblər ki, məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən baş konsul sülhə nail olmaq üçün beynəlxalq hüquqi əsasların kifayət qədər güclü olduğunu, bu səpkidə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının, eləcə də, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatların Ermənistanın işğalçı siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən çoxsaylı sənədlərinin mövcud olduğunu vurğulayır. Diplomat hətta Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci ildə qəbul etdiyi qərarla işğal və etnik təmizləmə faktlarını təsdiqlədiyini diqqətə çatdırır. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinin bu dövlətə müvafiq beynəlxalq təzyiqlərin olmaması ilə bağlı olduğunu bildirən N.Ağayev dünyada sülhün qorunması üçün II Dünya müharibəsindən sonra yaradılmış, ərazi bütövlüyü prinsipinin yüksək önəm daşıdığı beynəlxalq hüquq sisteminin son onilliklərdə aşınmaya məruz qaldığını qeyd edir. Bu hüquqi aşınmanın dünya üçün olduqca təhlükəli olduğunu yazan baş konsul beynəlxalq hüquqa hörmətin təmin edilməsi vəzifəsinin beynəlxalq təşkilatların, ancaq onlardan da çox, böyük dövlətlərin üzərinə düşdüyünü vurğulayıb.

Gələn həftə 25 illiyi tamam olacaq Xocalı soyqırımından bəhs edən diplomat qeyd edir ki, 1992-ci ildə təxminən 300 nəfəri uşaq, qadın və qoca olmaqla, 613 nəfər mülki azərbaycanlı Ermənistan silahlı birləşmələri tərəfindən qəddarcasına öldürülüblər. Məqalədə N.Ağayev bu qanlı qətliamdan başqa, 800 min azərbaycanlının işğal altındakı öz dədə-baba yurdlarından didərgin salındığını, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini bildirir.

Diplomat ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin ədalətli həllində, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyacaq və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradacaq həll yolunun tapılmasında ABŞ-ın yeni administrasiyasının öz səylərini intensivləşdirəcəyinə ümid edildiyini diqqətə çatdırır.

Azərbaycanın bir çox qlobal önəmli transregional layihələrdə mərkəzi rol oynadığını bildirən N.Ağayev məqalədə Azərbaycan-ABŞ tərəfdaşlığı barədə məlumat verir və münaqişənin tezliklə həllinin həm region, həm də dünya üçün faydalı olacağını qeyd edir.

Məqalə ilə bu LİNKDƏN tanış olmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm