Nida Xəbər
Heydər Əliyevlə Dəmirəlin BÖYÜK PLANI İŞƏ DÜŞÜR: Ermənistan Azərbaycanın quberniyası olacaq
Serj Sarisyan iqtidarına qarşı tənqidi çıxışları ilə
tanınan politoloq İqor Muradyan Qarabağın azad olunması ilə
nəticələnək Azərbaycan və Türkiyə əməkdaşlığından və bunun
Ermənistan üçün təhlükələrindən danışıb.
Publika.az xəbər verir ki, Muradyan 1998-ci ildə Heydər
Əliyev və Süleyman Dəmirəlin prinsipial görüşünü xatırladıb.
Bildirib ki, həmin görüşdən sonra Türkiyə və Azərbaycan arasında
gələcək strategiya cızıldı: “Razılaşmada iki ölkə arasından
energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahə əhatə
olunmuşdu. Həm də Qarabağ məsələsini həll etmək üçün Ermənistanı
uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu
Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək
haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial
dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına
çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici
siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanı
blokadası davam etdirilir”.
Muradyan qeyd edib ki, Azərbaycan Rusiya-Türkiyə münasibətlərində
də əsas ölkə hesab olunur: “Bakı son dövrlər Rusiyada lobbiçilik
fəaliyyətin gücləndirilməsi üçün fəal iş görür. Hansı ki, bu
birbaşa Ermənistanın əleyhinədir. Bakı anlayır ki, ərazi
bütövlüyünün bərpası Rusiyadan keçir. Çünki Ermənistanda müstəqil
qərar verən rəhbərlik yoxdur və Rusiya ilə razılaşmaq, Ermənistanın
da bu razılaşmaya əməl etməsi deməkdir. Bu işdə Türkiyə də
Azərbaycana aktiv şəkildə yardım edir”.
Muradyan Ermənistan hakimiyyətini passiv diplomatiyadan ittiham
edib və qeyd edib ki, İrəvanda siyasi hakimiyyətin zəifliyi Heydər
Əliyevlə Süleyman Dəmirəlin planının reallaşması ilə nəticələnə
bilər.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!