Yaponiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bizi izləyin

Nida Xəbər

Yaponiyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Elmar Məmmədyarov Yaponiya səfirini qəbul edib.

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

T.Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfir T.Takahaşi gələcək fəaliyyətində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm