Nida Xəbər
Kaliforniyadan olan konqresmen Xocalı faciəsi ilə bağlı bəyanat verdi
ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı qətliamının 25-ci il dönümü ilə əlaqədar geniş bəyanat verib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyanatda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.
Sənəddə 1992-ci ildə fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin, “Human Rights Watch” təşkilatına istinad edilərək “bu faciənin regionda ən böyük qətliam” olaraq qeydə alındığı vurğulanır. Bildirilir ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonu, eləcə də ştatın İmperial Vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen Xuan Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin maliyyə xidmətləri komitəsinin üzvüdür. Öncələr, Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO