Ermənilərin növbəti təxribatının qarşısı alındı: düşmən itki verdi - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Ermənilərin növbəti təxribatının qarşısı alındı: düşmən itki verdi - - VİDEO

Düşmən itki verərək geri çəkilib.

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm