• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

İrəvanda qapalı görüş: bu gün Lavrov Nalbandyana QARABAĞLA BAĞLI nəyi əmr edəcək?

İrəvanda qapalı görüş: bu gün Lavrov Nalbandyana QARABAĞLA BAĞLI nəyi əmr edəcək?

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-də ölkəsinin Müdafiə Nazirliyində qapalı görüş keçirib.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, Nalbandyan müdafiə naziri və ordu komandirlərinin suallarını cavablandırıb.

Görüş qapalı keçirildiyi üçün nələrin müzakirə edildiyi haqda məlumat verilmir.

Lakin Nalbandyanın Müdafiə Nazirliyində qapalı görüşdə iştirak etməsi iki kontekstdə diqqət çəkir.

Birincisi, Ermənistan xarici işlər naziri fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Ehtimal olunur ki, o, müdafiə nazirinə həmin görüşlə bağlı məlumat verib.

İkincisi, Nalbandyan bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşür. Məlumatlara görə, o, Lavrovla görüş öncəsi ordu rəhbərliyini məlumatlandırıb.

Burada maraqlı sual yaranır: niyə müdafiə naziri Viqen Sarkisyan xarici işlər nazirini qəbul edərək, ondan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri soruşur?

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək və bu seçkidən sonra ölkə parlament üsul-idarəsinə keçəcək. Serj Sarkisyanın səlahiyyətləri azaldılacaq. S.Sarkisyan rəhbərlik etdiyi Respublika Partiyasının seçki siyahısına rəhbərliyi müdafiə naziri Viqen Sarkisyana tapşırıb, özü isə ümumiyyətlə siyahıda yer almayıb. Münhen Təhlükəsizlik Konfransın Sarkisyanın öz əvəzinə müdafiə nazirini göndərməsi də bu baxımdan diqqət çəkdi. Hesab etmək olar ki, Sarkisyan Rusiyanın planı olan hazırkı baş nazir Karen Karapetyana qarşı Viqen Sarkisyanı alternativ namizəd kimi çıxarır və öz namizədini beynəlxalq səviyyədə təqdim etməyə cəhd göstərir. Nalbandyan da görüşləri ilə bağlı məhz prezident Sarkisyanın “varisi” olan Viqen Sarkisyanı məlumatlandırır.

Lakin “lragir” saytı yazır ki, Müdafiə Nazirliyində qapalı görüşün keçirilməsi ordu rəhbərliyinin Nalbandyana “ruh” vermək məqsədinə xidmət edib: “Azərbaycan xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünü təklif edir. Rəsmi Bakının təklifinə görə, münaqişənin nizama salınması istiqamətində aparılan danışıqları irəli aparmaq üçün Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada üçtərəfli formatda görüşüb, müzakirələr aparsınlar. Ermənistan buna razılıq vermir. Çünki ötən ilin təcrübəsi göstərdi ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli müzakirəsi Qarabağ məsələsində Ermənistanın maraqlarının müdafiəsiz qalmasına şərait yaradır. Belə görüşlərdən sonra adətən Rusiya münaqişəni Bakının tələbləri çərçivəsində həllinə razılıq verir. Güman ki, Lavrov bu gün Moskvada Nalbandyanı qəbul edərkən, sərt tonda onu üçtərəfli görüşə razı salacaq. Bu baxımdan, Moskvaya getməmişdən əvvəl ordu rəhbərliyi ilə görüş Nalbandyana “müqavimət” gücü vermək idi. Başqa, sözlə ordu Nalbandyana Moskvada güclü olmağı və Ermənistanın maraqlarının müdafiə etməyi başa salıb”.

Asif

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR