Nida Xəbər
Sarkisyan Moskvaya gedir, Lavrov İrəvana – Qarabağ qapalı görüşə saxlanıldı
Hazırda Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya
səfəri üçün hazırlıq gedir.
Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu
barədə fikir Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan
xarici işlər naziri Edvard Nalbandyanın Moskvada keçirilən görüşü
zamanı səslənib.
Sergey Lavrov bildirib ki, o, İrəvana səfər edəcək.
“Ermənistanın xarici işlər naziri məni İrəvana dəvət etdi. Mən
dəvəti qəbul etdim”, - deyə o bildirib.
E.Nalbandyan isə qeyd edib ki, Ermənistan prezidenti Serj
Sarkisyanın Moskvaya səfərini Lavrovla birgə müzakirə etmək
niyyətindədir: “Biz bu səfərin hazırlığı məsələlərinə xüsusi diqqət
ayıracağıq”.
Qeyd edək ki, Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Rusiya
XİN-də iki ölkənin münasibətlərinin qurulmasının 25 illiyinə həsr
olunmuş sərgidə iştirak ediblər.
Hər iki nazir sərgidə çıxış edib. Daha sonra, təkbətək görüşü
başlayıb. Görüşdən sonra mətbuat konfransı keçiriləcək. Diqqət
çəkən məqam, görüşün protokol hissəsində Dağlıq Qarabağla bağlı heç
bir fikir səslənməyib. Ehtimal olunur ki, nazirlər bu məsələni
qapalı görüşdə müzakirə edəcəklər.
Asif
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO