“Qarabağdan Kosovaya qədər...” - MÜHARİBƏLƏR BAŞLAYIR
Bizi izləyin

Nida Xəbər

“Qarabağdan Kosovaya qədər...” - MÜHARİBƏLƏR BAŞLAYIR

Dünya qlobal qəzanın astanasında

“Qlobal güclərin dünyanı bölüşdürmək istəkləri münaqişələrin eskalasiya riskini gücləndirir”.

Publika.az
xəbər verir ki, bu barədə Almaniyanın “Di Welt” nəşri yazıb.

Nəşr qeyd edir ki, son 50 ildə dünya bu qədər müharibəyə yaxın olmayıb: “Müharibələr təhlükəsi artır, dünya həlledici anın kandarındadır”.

Alman nəşri yazır ki, NATO Rusiya sərhədlərində möhkəmlənməyə başlayanda hər şey yenidən qarışdı və Rusiya əks-həmləyə keçdi.

“Həmin vaxtdan başlayaraq, etibarsızlıq yarandı və uzun illər xoşbəxt görünən yeni dünya nizamı pozuldu. Bu gün Dağlıq Qarabağdan Kosovaya, Şərqi Ukraynadan ərəb dünyasına qədər müharibə qoxuları yayılıb. Rusiya yeni çarlıq qurmaq istəyini gizlətmir. Çin Sakit okeanda ABŞ-a güzəştə getmək niyyətində deyil. Və nəhayət Amerika: Vaşinqton indiyə qədər liberal dünya nizamının mərkəzi rolunda çıxış edirdi. İndi Trampın nə edəcəyi sual altındadır”, - məqalədə qeyd olunur.

Dünyanın çətin dövrə qədəm qoyduğuna və həlledici anın gəldiyinə diqqət çəkən nəşr “Fırtınalar vaxtı gəldi, soyuq küləklər uğuldayır”, - deyə yazır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm