Elmar Məmmədyarov Rusiyaya səfər edəcək
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov Rusiyaya səfər edəcək

Moskvaya səfərim zamanı münaqişənin nizamlanmasını müzakirə etmək niyyətindəyəm

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək.

E.Məmmədyarov Bakıda Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufla birgə təşkil etdiyi brifinqdə deyib:

"Mart ayında Moskvaya rəsmi səfərim olacaq".

Nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı nikbin olmadığını deyib:

"Ermənistanın xarici işlər naziri münaqişənin nizamlanması prosesini müsbət qiymətləndirməyə şans qoymadı. Moskvaya səfərim zamanı münaqişənin nizamlanmasını müzakirə etmək niyyətindəyəm". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm