FHN tədbir keçirtdi - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

FHN tədbir keçirtdi - FOTOLAR

Bu barədə məlumat verib.

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə rayon icra hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi (FHN) Səbail rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Publika.az-ın xəbərinə görə, məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək tədbirin məqsədi barədə məlumat verib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev bildirib ki, Ümumdünya Mülki Müdafiə Günü münasibətilə rayon icra hakimiyyəti tərəfindən imzalanan sərəncama əsasən bir çox idarə və təşkilatlarda, o cümlədən təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilir.

Rayonun fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov qeyd edib ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı onların düzgün təxliyə olunmasının öyrədilməsidir.

Sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagirdləri dörd dəqiqə ərzində binadan təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanılıb. Əvvəlcə “112” qaynar telefon xəttinə məlumat verilib. Şagirdlərin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan “yaralılar” həyətə çıxarılıblar. Onlara ilkin tibbi yardım göstərilib və təcili yardım maşınları ilə xəstəxanalara aparılıblar. Yanğınsöndürmə manqasının üzvləri tərəfindən alov lokalizə edilərək söndürülüb. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış olub.

Sonra orta məktəbin siniflərində təşkil edilən maarifləndirici açıq dərslərdə şagirdlərə əyani vəsaitlər və videofilmlər nümayiş olunub, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm