Elmar Məmmədyarov Rusiyaya gedir
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov Rusiyaya gedir

Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Xarici işlər naziri Elmar Məmmədyarov martın 5-7-də Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-in Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm