“Qarabağı Azərbaycana qaytarın, övladlarımızın ölməsini istəmirik” – Ermənilər ETİRAZA QALXIR
Bizi izləyin

Nida Xəbər

“Qarabağı Azərbaycana qaytarın, övladlarımızın ölməsini istəmirik” – Ermənilər ETİRAZA QALXIR

Erməni valideynlərinin əsas istəyi budur.

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı geniş müzakirələr başlayıb. Xüsusilə seçki öncəsi vəziyyətdə siyasi partiyalar əhalinin istəyinə uyğun bəyanatlar verirlər.

Publika.az xəbər verir ki, Ermənistanın “lragir” saytı “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın ilk belə bəyanat verdiyini yazıb.

Petrosyan ötən ilin dekabrında bəyan etmişdi ki, “Qarabağı qaytarmalı və sülh bağlamalıyıq”.

Daha sonra Petrosyan seçkilərə “Qarabağda sülh” şüarı ilə getdiklərini açıqladı.

Sayt yazır ki, Petrosyanın bu mövqeyi təsadüfi deyil və Ermənistan əhalisinin əksəriyyətinin mövqeyini nümayiş etdirir.

“Ermənistanda heç bir valideyn oğullarını döyüşə göndərmək istəmir. “Erməni Milli Konqresi” bu ictimai əhval-ruhiyyəni əvvəlcədən öyrəndi və məhz həmin elektoratın, hansı ki, kifayət qədər çoxluq təşkil edir, səsini almaq üçün Qarabağın qaytarılması, sülhün əldə edilməsi və “sülh olarsa, sizin övladlarınız da ölməyəcək” kimi təkliflərlə çıxış etdi. İstisna deyil ki, övladını Qarabağda döyüşə göndərmək istəməyən valideynlər bu təkliflərə səs verəcək”, - deyə sayt yazıb.

Ermənistan saytının yazdıqları da aydın göstərir ki, sadə ermənilər Qarabağı istəmir, əksinə, onlar Azərbaycan torpaqlarının qaytarılmasını tələb edirlər. Təki öz övladları Sarkisyan rejiminin, dolayısı ilə “Qarabağ klanı”nın hakimiyyətdə qalmasına işləyən mənasız müharibədə həlak olmasın. Erməni valideynlərinin əsas istəyi budur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm