Müxalifətin Mehman Hüseynov oyunu
Bizi izləyin

Nida Xəbər

Müxalifətin Mehman Hüseynov oyunu

“Siyasi məhbus” söz-söhbəti ortaya çıxır.

Azərbaycanda siyasi məhbus yoxdur, bu günə qədər, cinayət əməlinə görə həbs olunanlara “siyasi məhbus” yarlığı vuranlar olsa da, heç kim siyasi fikirlərinə, tutduğu mövqeyə görə barmaqlıq arxasına atılmayıb. Lakin nədənsə, özünün siyasi fiqur, “tənqidçi” hesab edən şəxslərin konkret cinayət əməlinə görə həbs olunması hallarında dərhal klassik “siyasi məhbus” söz-söhbəti ortaya çıxır.

Bir neçə gün öncə konkret cinayət əməlinə görə həbs olunan bloger Mehman Hüseynov məsələsində də köhnə vasitələr işə salındı. Bu vasitələrin işə salanların həm daxildə, həm də xaricdə “marğa yatan”lar olduğu bəllidir. Səbəb də sadədir: hakimiyyəti ittiham etməyə əsas yaratmaq.

Amma sual yaranır: hər hansı vətəndaş polisə itaətsizlik göstərirsə, onun həbsi qanuni, Mehman Hüseynov eyni əmələ görə cəzalandırılması necə qeyri-qanuni ola bilər?

Mehman Hüseynovun həbsində konkret cinayət əməlinin olduğu bəllidir.

Cinayət əməli: Daxili İşlər Nazirliyi (DİN) Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluq qarşısında vəsatət qaldırıb. Məlumata görə,

bu il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər. Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub. Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Ə.Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb. Lakin M.Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib. Bundan sonra onun haqqında qanunvericiliyin müvafiq maddələrinə uyğun cinayət işi qaldırılıb və Suraxanı Rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Təsəvvür edin ki, eyni əməli digər vətəndaş törədir və qanun onun cəzalandırılmasını tələb edir. Lakin eyni əməli törədən Mehman Hüseynov cəzalandırılmamaldır.

Bu iddia ilə çıxış edən bir sıra hüquq müdafiəçilərinin, müxalifətdəki azsaylı qrupların, elə Mehman Hüseynovun müdafiəsinə qalxanların da nə qədər demokrat olduqları ortaya çıxır. Nəyə görə, başqa bir şəxs eyni əmələ görə həbs olunur və bu, konkret cinayət əməli sayılır, sadaladığımız qruplarınsa səsi çıxmır. Lakin məsələ Mehman Hüseynova gəldikdə, vəziyyət dəyişir və dərhal ittihamlar irəli çıxır. Nə üçün?! Deməli, Mehman Hüseynov istədiyi şəxsi təhqir edə, istədiyini söyə, polis orqanlarına ağır ittihamlar səsləndirə bilər, ona toxunmaq olmaz. Axı bu gün o, cinayətinə görə, cəzalanmasa, sabah daha başqa cinayətlərə əl atacaq və bütün əməllərini də “hakimiyyəti tənqid” adı altında təmizə çıxaracaq. Əgər o, bu ölkənin vətəndaşıdırsa və bu ölkənin qanunları ilə yaşayırsa, qanunun müəyyən etdiyi cəzasını çəkməlidir. Yox, əgər kimsə belə hesab etmirsə, o zaman hansı hüquqdan, qanundan danışmaq olar. Burada “Mehman Hüseynov iqtidarı tənqid etdiyi üçün həbs olunub” iddiaları həqiqətən də yersiz və şablon görünür.

“Bir sıra hüquq müdaqfiəçiləri, müxalifətdəki azsaylı qruplar, elə Mehman Hüseynovun müdafiəsinə qalxanlar”, doğrudanmı, iqtidarın bir blogeri, hansı ki, indiyə qədər ürəyi istəyəni deyib, faktsız-arqumentsiz ittihamlar səsləndirən Mehman Hüseynovu özünə “opponent” gördüyünü hesab edirsiniz?! Qanunu siyasi intriqalara qurban verməklə yanlış yoldasınız, ən azından, “qanun-qayda” bağıraraq, iqtidara qarşı çıxıb qazanc əldə etdiyinizi unutmayın. Axı eyni cinayət əməlinə görə, birini cinayətkar, digərini “Çe-Gevara” hesab etmək öz mahiyyətini ortaya qoymaq deyilmi?!

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm