Nida Xəbər
Zaxarova: “Rusiya münaqişənin həlli üçün müstəqil səylər göstərəcək”
“Rusiya Minsk qrupunun digər həmsədr ölkələri ilə
birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam
etdirmək niyyətindədir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, münaqişənin hərbi həlli yoxdur: “Rusiya,
Fransa və ABŞ prezidentlərinin indiyə qədər verdikləri bəyanatlarda
da bu məsələ öz əksini tapıb. Münaqişənin dayanıqlı həllinə nail
olmaq üçün indiyə qədər əldə edilən bütün razılaşmalara əməl
edilməsi vacibdir. Həmsədr ölkələr Azərbaycan və Ermənistan
prezidentlərini münaqişəni güc tətbiq etməmək, ərazi bütövlüyünün
təmin edilməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ
çərçivəsində həll etməyə çağırır”.
Zaxarova əlavə edib ki, münaqişənin həlli ilə bağlı üçtərəfli
səylərlə yanaşı, Rusiya Azərbaycan və Ermənistanla sıx
münasibətləri nəzərə alaraq, müstəqil səylər də göstərəcək.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov