Azərbaycan qondarma parlament seçkilərinin nəticələrini tanımadı
Bizi izləyin

Nida Xəbər

Azərbaycan qondarma parlament seçkilərinin nəticələrini tanımadı

XİN bəyanat yaydı.

Azərbaycan Xarici İşlər Nazirliyinin Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə martın 12-də Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir", - bəyanatda vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm