ABŞ-ın Qarabağ PLANI və Sarkisyanın “İskəndər” OYUNU
Bizi izləyin

Nida Xəbər

ABŞ-ın Qarabağ PLANI və Sarkisyanın “İskəndər” OYUNU

Planın mövcud olduğunu açıqladı.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland dünən İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planın mövcud olduğunu açıqladı.

Publika.az
xəbər verir ki, Hoqland mövcud planı “Lavrov planı” adlandırmadıqlarını da qeyd etdi.

“Bu plan üç hissədən ibarətdir, tərəflər bu plan üzərində işləyir”, - deyə o bildirdi. Lakin planın detallarını açıqlamaqdan imtina edərək, “bunu etmək yersiz olardı” deyə vurğuladı.

Hoqlandın Qarabağla bağlı konkret planın olması haqda danışması həmsədrlərin prezidentlərin görüşünü hazırlaması fonunda diqqət çəkir. Güman ki, bu görüş Ermənistanda parlament seçkilərindən sonra baş tutacaq.

Burada diqqət cəlb edən məqam Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı “lazım gələrsə, “İskəndər” raketlərindən istifadə edəcəyik” bəyanatıdır. Bu bəyanatın hər şeydən öncə seçkilərə hesablandığı şübhəsizdir.

Lakin erməni ekspert Aram Amatuninin şərhi burada diqqətdən yayınmır.

Erməni ekspert hesab edir ki, prezidentlərin görüşündə münaqişəni həlli ilə bağlı planın reallaşdırılması gündəmə gələcək: “Ermənistan isə təmas xəttində “atəşkəsə nəzarət mexanizmləri”nin tətbiqini arzulayır. Azərbaycan bunun status-kvonun möhkəmləndirəcəyini əsas gətirərək, ondan imtina edir. Minsk qrupu isə mövcud planın tətbiqində maraqlıdır. Sarkisyan da həmsədrlərin İrəvan səfərindən öncə “İskəndər” bəyanatı verməklə, əslində amerikalı həmsədrin danışdığı plana etiraz edir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm