Nida Xəbər
Qarabağda daha böyük döyüşlər olacaq - Britaniyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI
“İstisna deyil ki, bu il Dağlıq Qarabağ münaqişəsi
zonasında daha ciddi toqquşmalar baş verəcək”.
Publika.az xəbər verir ki, bu barədə “Karneqi” fondunun
Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas De Vall
deyib.
Onun sözlərinə görə, təmas xəttində atəşkəsin möhkəmləndirilməsi
üzrə razılaşmaya əməl edilməsi həm Ermənistan, həm də Azərbaycandan
tələb olunur: “Lakin bu razılaşma imzalanmayıb. Niyə? Görünür,
hansısa səhvlər oldu. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrindən biri bu razılaşmanın icrası məsələsini öz
üzərinə götürməlidir. Bu ölkə Rusiya ola bilər. Bundan başqa,
ATƏT-in Minsk qrupu formatını gücləndirmək lazımdır. Həmsədrlər
toqquşmaların yenilənməsini istəmirlərsə, Vyana razılaşmasını
təkrar gözdən keçirməlidir”.
De Vall Rusiyanın Qarabağ münaqişəsinin nizama salınması prosesində
mərkəzi oyunçu olduğunu diqqətə çatdırıb.
“Lakin buna baxmayaraq, Ermənistan və Azərbaycan tərəfi şübhə edir
ki, əgər Rusiya nizama salma prosesində əsas oyunçu kimi
davranmasa, heç nə əldə edilməyəcək. Rusiyanın Qarabağ
münaqişəsinin hər iki tərəfi ilə konkret maraqları var. Lakin
görünür barışdırıcı rolunu təkcə Rusiya yox, Minsk qrupunun digər
üzvləri olan Fransa və ABŞ da öz üzərinə götürməlidir. Ümid edirəm
ki, Moskva və Vaşinqton bu münaqişənin həlli ilə bağlı əməkdaşlıq
edə biləcəklər”, - deyə ekspert vurğulayıb.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK