Nida Xəbər
Qonşumuz döyüş hazırlığına BAŞLADI: Ukraynadan Qarabağa qədər HÜCUM PLANI
“NATO regionda lokal müharibəyə başlaya bilər. Buna görə
də Rusiya döyüş hazırlığını sürətləndirir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi
ekspert Konstantin Sivkov Rusiyanın Qara dəniz donanmasının Krımda
raket atışlarının həyata keçirməsini şərh edərkən bildirib.
Hərbi ekspert vurğulayıb ki, Qara dəniz regionunda gərginlik artır:
“NATO aktivləşir, hərbi donanmanı gücləndirir, Rumıniyada və
Bolqarıstanda raket sistemlərini inkişaf etdirir. Bütün bunlar
Rusiya rəhbərliyinin narahatlığına səbəb olur. İstisna deyil ki,
NATO Rusiyaya qarşı lokal müharibə başlaya bilər. Təbii ki, ABŞ və
NATO Rusiyaya qarşı birbaşa hərbi müdaxilə etməyəcək, çünki
Rusiyanın nüvə silahına malik olması buna imkan vermir. Lakin nüvə
silahının tətbiqinin sərhədinə qədər lokal toqquşmalar ola
bilər”.
K.Sivkov hesab edir ki, Qara dəniz regionu bu gün ən böyük münaqişə
zonasıdır.
“Ukraynada münaqişə davam edir. Bura cənub-qərb istiqamətində
Rusiyanın bütün obyektlərinə zərbə üçün ən qısa yoldur. Abxaziya və
Cənubi Osetiya münaqişələrinin olduğu Gürcüstan bölgəyə yaxındır.
Eyni istiqamətdə Dağlıq Qarabağ münaqişəsi davam edir, həmçinin,
Suriyada müharibə gedir. Yəni bölgə xüsusi gərginlik olan zonadır”,
- deyə ekspert vurğulayıb.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?