Ermənilər Ter-Petrosyanın müdafiəsinə qalxdı: “Qarabağ təcili qaytarılsın”
Bizi izləyin

Nida Xəbər

Ermənilər Ter-Petrosyanın müdafiəsinə qalxdı: “Qarabağ təcili qaytarılsın”

Geciksək, nəticə bizim üçün daha pis olacaq.

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın işğal olunmuş Azərbaycan torpaqlarının təcili qaytarılması ilə bağlı təklifi ermənilər tərəfindən ciddi şəkildə dəstəklənir.

Publika.az
xəbər verir ki, övladlarının Qarabağda ölməsinə qarşı olan erməni valideynlərlə yanaşı, bir sıra siyasətçi və ictimai xadimlər də Ter-Petrosyanın çağırışına qoşulub.

İrəvan Dövlət Universitetinin direktoru Aram Simonyan bütün erməniləri Ter-Petrosyanın Qarabağ təklifinə qoşulmağa çağırıb.

O, bu təklifin münaqişənin həll olunmasında ən düzgün variant olduğunu qeyd edib.

“Onun təklifi münaqişənin həlli üçün ən yaxşı variantdır, biz ölkənin gələcəyi üçün buna qoşulmalıyıq. Bundan yaxşı variant yoxdur”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyini vurğulayır və qeyd edir ki, “nə qədər gec deyil Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir. Geciksək, nəticə bizim üçün daha pis olacaq”.

O əlavə edib ki, “ərazilər könüllü qaytarılmasa, bunu sanksiyalarla həyata keçirəcəklər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm