Ağacan Abıyev: “Azərbaycan Ordusu Ermənistanı rəzil günə salıb”
Bizi izləyin

Nida Xəbər

Ağacan Abıyev: “Azərbaycan Ordusu Ermənistanı rəzil günə salıb”

Azərbaycan yaxın illərdə işğal altında olan torpaqlarını azad edəcək.

“Azərbaycan Ordusu aprel döyüşləri ilə Ermənistanı rəzil günə salıb”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abıyev bildirib.

Bu gün uğurlu aprel döyüşlərinin bir ilinin tamam olduğunu vurğulayan A.Abıyev deyib ki, əgər lazım gələrsə, Azərbaycan Milli Ordusu oxşar əməliyyatlarla düşmənə başqa tarixlərdə də layiqli cavab verəcək.

Deputat əminliklə qeyd edib ki, Azərbaycan yaxın illərdə işğal altında olan torpaqlarını azad edəcək: “İnanıram ki, Dağlıq Qarabağ problemi daha 5-10 il də davam etməyəcək. Buna bütün hər kəs kimi mən də inanıram. Əgər Ali Baş Komandan deyirsə ki, münaqişə həll olunacaq, bu, mütləq baş verəcək. Cənab Prezident bunu əbəs yerə söyləmir. Düşmən səbrimizi çox daşdıra bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm