• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Xocalıdan olan deputat: “Sarkisyan aprel döyüşlərindən bəri qorxu içindədir”

Xocalıdan olan deputat: “Sarkisyan aprel döyüşlərindən bəri qorxu içindədir”

“Ermənistan hakimiyyəti, o cümlədən Serj Sarkisyan ötən ilin aprel döyüşlərindən bəri qorxu və təşviş içindədir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilmiş deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov bildirib.

E.Məmmədov deyib ki, hazırda işğal altında olan Azərbaycan ərazilərində ermənilər təşviş və qorxu içərisində yaşayırlar.

Onun sözlərinə görə, aprel döyüşləri nəticəsində Azərbaycan bir çox sahələrdə, eləcə də hərbi və psixoloji sahələrdə böyük üstünlük qazanıb:

“İndi cinayətkar Serj Sarkisyan hakimiyyəti Azərbaycanın bu üstünlüyünü ört-basdır etmək üçün yalan bəyanatlar verir. Ancaq Ermənistan rəhbərliyi bu cür bəyanatlarla özünü gülünc vəziyyətə salır. Çünki onlar bu gün Azərbaycan Ordusunun nəyə qadir olduğunu yaxşı bilirlər”.

Deputat qeyd edib ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini və xalq ilə ordu arasında möhkəm birliyi nümayiş etdirib:

“Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistanda isə bu döyüşlərdən sonra gərginlik artdı, xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi. Aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi darmadağın etdi, bu kimi iddiaların heç bir əsasının olmadığını göstərdi. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir. Aprel döyüşləri düşmənə və onun havadarlarına bir mesaj oldu ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Bir daha sübut olundu ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Bundan başqa, beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir”.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR