Nida Xəbər
Dövlət Xidməti Cəlilabadda at əti aşkarlanması barədə məlumat yaydı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Cəlilabad rayonunda at əti aşkarlanması faktı ilə bağlı məlumat yayıb.
Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin Publika.az-a verdiyi məlumata görə, martın 30-da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən at ətinin aşkarlanması barədə məlumat verilmişdi. Bildirilmişdir ki, Saqif Abbasov köhnə quşçuluq fermasında antisanitar şəraitdə, qanunsuz, gizli olaraq, baytarlıq nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olub.
Aprelin 1-i axşam saatlarında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları yenidən Saqif Abbasov məxsus köhnə quşçuluq fermasına baxış keçiriblər. Baxış zamanı təsərrüfat sahibinin digər bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu aşkarlanıb. Saqif Abbasov və əlbir olduğu şəxslər baytarlıq idarəsinin və polis əməkdaşlarının fermaya gəldiyini görərək oradan qaçıblar. Məlum olub ki, S. Abbasova məsus 32 baş atdan 4 başının antisanitar şəraitdə kəsilərək satışa hazırlanıb.
Fermada kəsilmiş atlardan 1 başının cəmdəyi bütöv halda, şaqqalara bölünmək üçün taladan asılmış, digər 3 baş at cəmdəyi 15 şaqqalara bölünmüş və qarmaqlardan asılmış vəziyyətdə, satış məqsədi ilə hazırlanaraq polietilen vannalara yığılmış sümükdən ayrılmış 76 kq at əti aşkarlanıb. Həmçinin orada kəsilmiş atların 4 ədəd baş-ayağı və daxili orqanları aşkar olunub.
Aşkar edilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib. Fermada qalan 28 baş atlar isə Cəlilabar Rayon Polis Şöbəsində istintaq araşdırmaları başa çatana kimi ferma sahibi (polis əməkdaşları tərəfindən tapılıb gətirilən) Saqif Abbasova təhvil verilib.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var