Ordumuz Ermənistanı SİLKƏLƏDİ: hərbçilərimiz düşməni ayağa qaldırıb buna məcbur etdi
Bizi izləyin

Nida Xəbər

Ordumuz Ermənistanı SİLKƏLƏDİ: hərbçilərimiz düşməni ayağa qaldırıb buna məcbur etdi

Ordumuz erməniləri buna məcbur etdi.

Ermənistan yaratdığı mifin dağılmasına səbəb olan aprel döyüşlərindən bir il ötür. Ötən ilin 2 aprel tarixində cəbhədə baş verən erməni təxribatının qarşısını alan Azərbaycan Ordusu əks əməliyyatla işğal altındakı ərazilərin 2 min hektarını düşməndən təmizləndi. Ermənistan məğlubiyyətə uğradı və düşmən həmin məğlubiyyətin təsirindən bu gün də çıxa bilmir.

Publika.az
xəbər verir ki, aprel döyüşlərinin ildönümündə erməni ictimaiyyəti məğlubiyyətləri haqda müzakirələr aparırlar.

“Azərbaycan torpaqları qaytardı, biz isə...”

“Yerkrapa” könüllülər ittifaqının sədri Vazqen Vardan deyir ki, aprel döyüşlərində məğlubiyyətə baxmayaraq, Ermənistan ciddi nəticə çıxara bilməyib: “Azərbaycan 800 hektar (əslində 2 min hektardır, Ermənistan bu rəqəmi kiçildir) ərazini qaytardı, amma biz heç bir nəticə çıxarmamışıq”.

Son bir ildə iki məğlubiyyət

Erməni siyasi şərhçi Musa Mikaelyan aprel döyüşlərinin ildönümü münasibətilə qələmə aldığı məqalədə Ermənistanın məğlubiyyət sindromundan çıxa bilmədiyini yazıb.

Qeyd edib ki, 2 aprel tarixi Ermənistan tarixində ağrılı dönüş nöqtəsidir.

“Ötən ilin 2 aprelində Ermənistan məğlubiyyətə uğradı. Bunun əsas səbəbi hakimiyyətin ordunu pis vəziyyətə salması idi. Nəticədə bizim yüzlərlə gəncimiz qurban getdi. Bu il isə 2 apreldə parlament seçkisi baş tutdu və ötən il Ermənistanı məğlubiyyətə düçar etmiş hakimiyyət bu seçkidə qalib gəldi. Bu bizim son bir ildə ikinci məğlubiyyətimizdir”, - deyə o bildirib.

Ordumuzun ovucunun içində olan ermənilər

“Anyan” erməni tədqiqatlar mərkəzinin koordinatoru, “Sivilitas” fondunun eksperti Tatul Akopyan aprel müharibəsinin ildönümü ilə bağlı bu günlərdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə baş çəkib.

Erməni ekspert Qarabağdakı ermənilərin hələ də qorxu içində olduğunu, Azərbaycan Ordusunun 10 kilometrlərlə əraziyə nəzarət etdiyini və ermənilərin yaşadığı kəndləri ovucunun içi kimi gördüyünü yazır.

“Evlər boşalıb, “ikinci aprel müharibəsi”...”

Akopyan qeyd edir ki, aprel döyüşlərində Qarabağı tərk edən ermənilərin əksəriyyəti geri qayıtmayıb: “Onların çox Rusiyaya köçüb, bəziləri isə İrəvanda və digər şəhərlərdə yaşayırlar. Evlərin çoxu boşalıb, hətta hökumətin güzəşt vədlərinə baxmayaraq, insanlar geri qayıtmaq fikrində deyillər. Çünki insanlarda hələ də “ikinci aprel müharibəsi”nin qorxusu var”.

“Onların qulu olmaq istəmirik”

Akopyanın dedikləri ötən il “aprel müharibəsi”ndən sonra erməni jurnalist Avetis Babadjanyanın Qarabağdakı vəziyyət haqda yazdıqlarını xatırladır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Onların qulu olmaq istəmirik”, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağda yerləşdirilən ermənilər İrəvan hakimiyyəti və onların Xankədində qurduqları qondarma rejimi haqda belə deyirlər.

“Qarabağdakı adi sakinlər artıq o həyatı yaşaya bilmirlər. Mənim rastlaşdığım insanların hamısı “qoy, vəziyyət sakitləşsin, görək necə olacaq” deyə bildirirlər. Onlar deyirlər ki, nə vaxt müharibə olur, hakimiyyət “ümumi vətənimizi qoruyaq” deyir və onlar da bununla razılaşırlar. Amma nə vaxt ki sakitlikdir, artıq təhlükə ötüşür, o zaman aydınlaşır ki, hər şey yalnız bir insanın mülkiyyətidir. Torpağın üstündə və altındakı bütün sərvətlər bir neçə insana aiddir. Əgər sadə insanın bir parça torpağı varsa və o bunu əkib-becərmək istəyirsə, ona imkan verilməyəcək. Çünki bütün suvarma sistemləri bir neçə şəxsin mülkünə çevrilib. Sadə insanlar isə ilboyu yarıac-yarıtox yaşayır”, - deyə erməni jurnalist qeyd edir.

“Bizi insan hesab etmirlər, biz onların əmlakını müdafiə etmək üçün lazımıq”

O, çayların bütün suyunun Ermənistanın baş nazirinin (keçmiş baş nazir Ovik Abramyanı nəzərdə tutur. Aprel məğlubiyyətindən sonra Abramyan da bir sıra yüksəkvəzifəli şəxslər kimi postundan uzaqlaşdırıldı – red.) min hektarlarla əkin sahələrinə axdığını yazır: “Həmsöhbət olduğum insanlar bunu əminliklə bildirirlər. “Onlar istəmir ki, biz normal yaşayaq. Biz təhlükə olmayanda hakimiyyətin qulu oluruq. Müharibə vaxtı isə bizə vətənpərvərlik dərsi keçirlər. Əgər belə davam edəcəksə, biz buraları tərk edəcəyik”, - deyə həmsöhbətlərimdən biri bildirir. İnsanlar “dördgünlük müharibə”dən sonra psixoloji inqilab həddinə çatıb. Söhbətləşdiyim insanlar deyir ki, vəziyyət belə davam etsə, onlar daha buna dözməyəcək və sosial partlayış olacaq. “Biz hamımız bu vəziyyətdən yorulmuşuq, daha dözmək mümkün deyil. Mən əvəzində heç nə almadan nəyinsə uğrunda öz sağlamlığımı fəda edə bilmərəm. Bizi insan hesab etmirlər, biz yalnız onların əmlakını müdafiə etmək üçün lazımıq. Axı mənim də nəyimsə olmalıdır. Əgər mənə burada heç nə vermirlərsə, bircə yol qalır, çıxıb getmək”, - deyə sadə insanlar bildirirlər. Güman ki, yaxın günlərdə biz onların çoxunun başqa şəhərlərə, yaxud digər ölkələrə gedəcəyinin şahidi olacağıq”.

Aprel döyüşlərindən sonra Ermənistanda miqrasiyanını sayı kütləvi hal aldı. Xüsusilə işğal edilmiş Dağlıq Qarabağa və digər ərazilərə yerləşdirilmiş erməniləri kütləvi şəkildə köçməyə başladı. Aprel döyüşlərindən ötən son bir il ərzində baş verənlər göstərdi ki, Azərbaycan Ordusu təkcə işğal olunmuş torpaqların bir qismini azad etmədi, həm də Qarabağa qayıdışın əsasını qoydu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm