BAXCP: "Azərbaycan 7 rayonun qaytarılması üçün hərbi əmliyyatlara başlamalıdır"
Bizi izləyin

Nida Xəbər

BAXCP: "Azərbaycan 7 rayonun qaytarılması üçün hərbi əmliyyatlara başlamalıdır"

BAXCP Azərbaycan hökumətinə çağırış edib.

Aprelin 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi durum müzakirə olunub.

Publika.az-a daxil olan məlumata görə BAXCP İdarə Heyəti Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərini yüksək qiymətləndirib.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan Qazaxıstanla bərabər digər türkdilli respublikalarla da müttəfiqliyini genişləndirməli, bu müttəfiqliyi strateji səviyyəyə qaldırmalıdır.

BAXCP İdarə Heyəti aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərinə də münasibət bildirib: “BAXCP İH hesab edir ki, Ermənistanda seçkilərə bir gün qalmış bu ölkənin xarici işlər naziri Edvard Nalbadyanın “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq” bəyanatı, eləcə də parlament seçkilərinin nəticələri göstərdi ki, Ermənistanın danışıqlar masasında oturmasını və konstruktiv mövqeyə gəlməsini gözləmək mənasız vaxt itkisindən başqa bir şey deyil.

Ermənistanın beynəlxalq hüquqa zidd və aqressiv siyasətinin arxasında Rusiyanın dayandığını nəzərə alan BAXCP Azərbaycan hökumətini Rusiya ilə danışıqlar aparmağa çağırır və hesab edir ki, Ermənistanın danışıqlar masasında oturmasını, konstruktiv mövqeyə gəlməsini gözləmək mənasız olduğundan Azərbaycan beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırıb 7 rayonun qaytarılması üçün hərbi əmliyyatlara başlamalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm