Əliağa Hüseynov: “Təkcə Ermənistanla deyil, dünya ilə mübarizə aparırıq”
Bizi izləyin

Nida Xəbər

Əliağa Hüseynov: “Təkcə Ermənistanla deyil, dünya ilə mübarizə aparırıq”

“Aprel döyüşləri ordumuzun nə qədər güclü olmasını dünyaya nümayiş etdirib”.

“Aprel döyüşləri Azərbaycan xalqının mətnliyini, mübarizliyini, ordumuzun nə qədər güclü olmasını dünyaya nümayiş etdirib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisinin deputatı, Azərbaycanın keçmiş Hərbi Komissarı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.

Ə.Hüseynov deyib ki, aprel döyüşləri ilə Azərbaycan ordusu regionun ən güclü ordusu olduğunu bir daha sübut edib.

Prezident İlham Əliyevin martın 31-də hərbiçilərlə görüşünün əhəmiyyətinə də toxunan Ə.Hüseynov qeyd edib ki, bu görüş işğalçı Ermənistana və onun havadarlarına ən yaxşı mesaj olub:

“Bu görüş bütün dünyaya mesaj idi ki, Azərbaycan dövləti güclü iqtisadiyyata, siyasətə və orduya malikdir. Biz erməni işğalı altında olan torpaqları müharibə yolu ilə istənilən zaman azad edə bilərik. Sadəcə olaraq Ali Baş Komandan istəyir ki, torpaqlar sülh yolu ilə azad olunsun. Biz dünyaya sülhpərvər olduğumuzu nümayiş etdiririk. Biz təkcə Ermənistanla vuruşmuruq, dünya ilə mübarizə aparırıq”.

Keçmiş hərbi komissar deyib ki, təkcə Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən dəfələrlə çoxdur:

“Azərbaycan elə ərazidə yaşayır ki, hər bir ölkə bizimlə düşmən ola bilər. Ona görə də biz ordumuzu ildən-ilə daha da gücləndiririk. Azərbaycan ordusu düşmən üzərində hər bir zaman qələbə qazanmağa malikdir. Hər birimiz fəxr edirik ki, Azərbaycan Silahlı Qüvvələrinin İlham Əliyev kimi Ali Baş Komandanı və Prezidenti var. Hər birimiz Ali Baş Komandanın verdiyi tapşırıqlar və əmrləri sorğu-sualsız yerinə yetirməyə hazırıq. Bizim gücümüzün səbəbi də məhz bundadır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm