Ekspert: “Ermənistandakı marionet rejim demokratik seçki keçirmək ixtiyarında deyil”
Bizi izləyin

Nida Xəbər

Ekspert: “Ermənistandakı marionet rejim demokratik seçki keçirmək ixtiyarında deyil”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, seçki məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərində səsvermə zamanı iki minə yaxın qanun pozuntusunun qeydə alınmasına münasibət bildirib.

M.Zülfüqarlı Publika.az-a açıqlamasında deyib ki, Ermənistan forpost ölkə kimi Rusiyadan tam asılı vəziyyətdədir:

“Ermənistandakı marionet rejim demokratik seçki keçirmək gücünə və ixtiyarına malik deyil. Son seçkilərlə Ermənistan rəhbərliyi görüntü yaratmaq üçün “exit-poll” və müşahidəçilər təşkil etmişdi. Bütün bunlara baxmayaraq, müşahidələr göstərdi ki, Ermənistanda seçkilər kobud şəkildə saxtalaşdırılıb, qanun pozuntuları olub. Burada məqsəd Ermənistandakı rejimi hakimiyyətdə saxlamaq və ömrünü uzatmaqdır. Bununla da Cənubi Qafqazda təhlükəsizliyi və sabitliyi pozan işğalçı rejimin idarəçiliyini saxlamaqdır. Ümumiyyətlə, Ermənistanda seçkilərdə iştirak etmiş partiyalara baxsaq, görərik ki, onların heç biri müharibə əleyhinə deyil, sülh istəmir və sairə. Bütün bunlar onu göstərir ki, Ermənistanda ciddi hakimiyyət, siyasi və iqtisadi böhran davam edəcək. Bununla da Serj Sarkisyan rejimi əvvəlki kimi təxribatçılıq siyasətini davam etdirəcək”.

AVCİYA rəhbəri qeyd edib ki, bütün bunlara görə Azərbaycan tərəfi çox doğru şəkildə öz hərbi və iqtisadi gücünü daha da artırır:

“Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, biz istənilən zaman öz torpaqlarımızı işğaldan azad edə bilərik. Sadəcə olaraq, Azərbaycan çalışır ki, münaqişə ilk növbədə dinc yolla həll olunsun. Əgər sülh yolu ilə mümkün olmasa, o zaman Azərbaycan ordusu qısa müddətdə öz torpaqlarını işğaldan azad edəcək. Bunu Avropa və ABŞ da bilməlidir. Ötən ilin aprel döyüşləri də bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarını işğaldan azad etmək gücünə qadirdir”.

Seçkilər zaman qanun pozuntuları məsələsinə Qərb təşkilatlarının Ermənistanla müqayisədə Azərbaycana ikili standartlarla yanaşması məsələsinə də toxunan M.Zülfüqarlı bunun xristian təəssübkeşliyindən irəli gəldiyi söyləyib:

“Adətən bunu erməni lobbisinin Qərbdə olan gücü ilə əlaqələndirirlər. Ancaq mən buna inanmıram. Burada sadəcə olaraq xristian təəssübkeşliyi, müsəlman ölkələrinə olan ögey münasibət var. Misal üçün, bu ikili standartları və xristian təəssübkeşliyini biz qardaş Türkiyənin timsalında görə bilərik. Türkiyə ideal demokratik müsəlman ölkəsidir və Avropaya inteqrasiya etmək istəyir. Ancaq Qərb hər dəfə bir bəhanə ilə Türkiyənin Avropaya yaxınlaşmasına əngəl yaradır. Ötən ilin 15 iyun hadisələri də Qərbdən qaynaqlanır. Ancaq Qərb anlamalıdır ki, demokratiya və insan hüquqularının aliliyindən və qorunmasından danışılırsa, burada ölkələri dini və irqi ayrı-seçkiliyə görə fərqləndirmək olmaz. Bunun üçün də Avropa Birliyi öz siyasətinə yenidən baxmalı və səhvlərini düzəltməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm