Qarabağ döyüşçüsü erməniləri SƏKSƏKƏYƏ SALDI - Düşmən TİR-TİR ƏSİR
Bizi izləyin

Nida Xəbər

Qarabağ döyüşçüsü erməniləri SƏKSƏKƏYƏ SALDI - Düşmən TİR-TİR ƏSİR

Qarabağ döyüşçüsü Bayram...

“2016-cı ilin aprel döyüşlərindən bir il keçsə də, bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında daha sərt toqquşmaların olması təhlükəsi mövcuddur”.

Publika.az
xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramlarının rəhbəri Maqdalena Qrono “reliefweb” portalında dərc olunan məqaləsində yazır.

Onun sözlərinə görə, münaqişə bölgəsində yeni toqquşmalar regionda dəhşətli humanitar böhrana səbəb ola bilər.

M.Qrono Bakı şəhərində sanatoriya binasında yaşayan qaçqınlarla görüşünə toxunur.

O, I Qarabağ müharibəsinin veteranı, qaçqın həyatı yaşayan Bayramın sözlərinə yer verir.

“Bayram 25 il əvvəl artilleriya atəşi ilə şikəst edilmiş öz ayağını göstərir və danışır: “Mən öz böyük oğlumu orduya göndərdim. O, zabitdir və mən ona dedim: özünü qoru, amma Vətən üçün döyüş”. Bayram əmindir ki, Azərbaycan Ordusu işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonları qaytaracaq və o, öz doğma evinə qayıdacaq”, - deyə müəllif qeyd edir.

Əlavə edir ki, İrəvanda isə tamamilə başqa şeylərdən danışırlar: “Məşhur erməni ekspertlərindən biri Azərbaycanın ən azı iki əhəmiyyətli strateji yüksəkliyi qaytarmasına baxmayaraq, belə deyir: “Siz anlamırsınız ki, Bakı ötən ilin aprelində uduzdu?”. Başqa bir erməni analitik isə qeyd edir ki, “indi biz hazırlaşmışıq və azərbaycanlılara böyük itki verəcəyik”. Lakin ermənilərin Azərbaycandan çəkindiyi açıq şəkildə hiss olunur. Hər iki tərəfdən təhlükə vəziyyət yaranıb. “Dondurulmuş” hesab olunan münaqişə yenidən alışa bilər. Azərbaycan Türkiyə və Rusiya ilə hərbi müqavilələr imzalayıb. Bakı Türkiyə, Rusiya, İsrail və Pakistandan ən güclü silahlar əldə edib. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Lakin İrəvan Rusiyaya bel bağlayır və Moskvanın verdiyi kreditlərlə elə rus istehsalı olan silahlar alır. İrəvan danışıqlara başlamamışdan əvvəl öz hərbi gücünü təcili şəkildə artırmaq istəyir. Münaqişə zonasında risklər qalır və yeni müharibənin olması ehtimalı böyükdür”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm