Cinayət yolu ilə var-dövlət əldə edənlərin aktivləri xəbərdarlıqsız dondurulacaq
Bizi izləyin

Nida Xəbər

Cinayət yolu ilə var-dövlət əldə edənlərin aktivləri xəbərdarlıqsız dondurulacaq

Müzakirələrdən sonra təqdim olunan sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsinə qərar verilib.

Bu gün Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə Komitəsinin iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, MM sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

İclasda “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Təklif edilən dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.

İclasda “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsinə də baxılıb. Sənədi şərh edən Z. Əsgərov bildirib ki, qanun layihəsinə bəzi texniki düzəlişlərlə yanaşı yeni 7.11-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti müəyyənləşdiriləcək.

Sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib. Birinci vitse-spiker bildirib ki, müzakirə edilən sənədlər mahiyyət baxımından bir-birinə bənzəyir. Bu sənədə edilən dəyişikliklər də korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır. Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivlərin dondurulması nəzərdə tutulur.

Müzakirələrdən sonra təqdim olunan sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsinə qərar verilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm