Məzahir Pənahovdan siyasi partiyalara XƏBƏRDARLIQ
Bizi izləyin

Nida Xəbər

Məzahir Pənahovdan siyasi partiyalara XƏBƏRDARLIQ

İndiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.

Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib.

MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.

Onun sözlərinə görə, problemin yaranmasının səbəblərindən biri də bir sıra partiyaların sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır.

M.Pənahov qeyd edib ki, həmin partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və qanuni səlahiyyətli olan şəxs maliyyə hesabatını təqdim etməlidir:

“Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər. Biz bir daha siyasi partiyalara müraciət edirik ki, maliyyə hesabatlarını təqdim etsinlər". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm