Nida Xəbər
Leyla Əliyeva İsmayıllıda meyvə bağlarının salınmasında iştirak etdi - - FOTOLAR
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsinin həyata keçirilməsinə başlanılıb.
Publika.az xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak edib.
İsmayıllı rayonu İcra Hakimiyyəti tərəfindən ayrılmış 1.7 hektar torpaq sahəsində 340 ədəd meyvə ağacı əkilib. Salınan bu meyvə bağı İsmayıllı rayonunda yaşayan 3 aztəminatlı ailə arasında bölünüb və təmənnasız olaraq I qrup Qarabağ müharibəsi əlili Vüsal İsmayılov, II qrup Qarabağ müharibəsi əlili Rahim Əliyev, şəhid ailəsinin üzvü Nurəddin Qasımovun istifadəsinə verilib. Qeyd olunan ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və öz maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.
Gələcəkdə layihənin ölkəmizin digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub